İnzibati, Biznes və İdarəetmə

İnsan resursları departamenti \ Təlim və tədrisin təşkili bölməsi \ Aparıcı mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-06-16

Vəzifənin funksiyaları:

  • Təyin olunmuş departamentlərin təlim ehtiyaclarını qiymətləndirmək və ona uyğun proqramlar təklif etmək, illik planı hazırlamaq 
  • Təyin olunmuş departamentlərlə sıx əlaqələr quraraq həmin əməkdaşlar üçün təlim və inkişaf təcrübəsini təşkil etmək 
  • İnkişaf fəaliyyətlərinin effektivliyini və öyrənmə təcrübəsini ölçərək artırılması üçün müvafiq təkliflər hazırlamaq 
  • Adaptasiya təlim proqramlarını tətbiq edərək yeni işçilərin inteqrasiyasını dəstəkləmək 
  • Xüsusi hədəf qrupları ücün (liderlik, aşağı kompetensiya balı olan işçilər) təlim proqramları hazırlamaq 
  • Məcburi sertifikasiya təlimlərinin vaxtında icrasını təmin etmək 
  • Təcrübə proqramları çərçivəsində təcrübəçilərə öyrənmə və işləmə planı hazırlamaq və təqib etmək 
  • Daxili təlim sessiyalarının aparılmasında təlimçi kimi iştirak etmək 
  • Təlim ehtiyaclarına uyğun təlim materiallarını hazırlamaq və yeniləmək 
  • Daxili təlim proqramları üçün interaktiv və məqsədyönül məzmun yaratmaq 
  • Təlim proqramlarına dair lazımı kommunikasiya materialları hazırlamaq, müvafiq platformalarda paylaşmaq 
  • Təlim proqramları haqqında lazımı hesabatları tərtib etmək 
  • LMS-in funksionallığını artırmaq və e-təlim modullarının istifadəsini təşviq etmək 
  • Viva Learning üzrə modullar yaratmaq, modulların tətbiqini idarə etmək 

Kompetensiyalar

Davranış kompetensiyaları

  • Effektiv kommunikasiya bacarığı
  • Emosional intellekt
  • Nəticəyönümlülük 
  • Pozitiv yanaşma 
  • Sahibkarlıq ruhu 
  • Yaradıcılıq 

Texniki kompetensiyalar

  • Təhsilin təşkili və idarə edilməsi üzrə nəzəri və praktiki biliklər 
  • Qərar qəbul etmək qabiliyyəti 
  • Planlama və prioritetləşdirmə 
  • Auditoriya qarşısında çıxış qabiliyyəti 
  • Strateji düşüncə qabiliyyəti
  • Analiz etmə qabiliyyəti

Təcrübə

  • Öyrənmə və inkişaf üzrə 2 il iş təcrübəsi 

Təhsil

  • Ali təhsil

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə), Rus dili (üstünlük verilir)

Kompüter bacarıqları

  • MS Office proqramları, xüsusilə MS Word, MS Excel və MS Power Point – yüksək səviyyədə

Əlavə tələblər

  • LMS istifadəsi və təlim proqramları hazırlanması sahəsində təcrübə arzu olunandır
  • Pedaqogika, Təhsil, Biznes idarəçiliyi və ya oxşar sahədə bakalavr dərəcəsi arzu olunandır

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.